Modern.az

Ağ Evdən jurnalistlərə QADAĞA

Ağ Evdən jurnalistlərə QADAĞA

15 Fevral 2025, 08:52

"Associated Press" (AP) jurnalistlərinin Ağ Evin bəzi ərazilərinə girişi məhdudlaşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Taylor Budoviç məlumat verib.

Buna səbəb AP-nin Donald Trampın göstərişlərinə uyğun olaraq “Meksika körfəzi” əvəzinə “Amerika körfəzi” ifadəsindən istifadə etmək istəməməsi olub.

O qeyd edib ki, AP ad dəyişikliyinə məhəl qoymamağa davam edib. Budoviç bildirib ki, məhdudiyyətlər yalnız Ağ Evin müəyyən ərazilərinə aiddir və jurnalistlərin binanın digər hissələrinə girişi dəyişməz olaraq qalır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular