Modern.az

Bayraktar qardaşları milyarderlər siyahısında

Bayraktar qardaşları milyarderlər siyahısında

Dünya

15 Fevral 2025, 09:21

“Forbes” biznes jurnalı dünyanın ən zəngin insanları siyahısını yeniləyib.

Modern.az xəbər verir ki, siyahıda diqqət çəkən adlar arasında Türkiyədən olan Bayraktar qardaşları da olub.

"Baykar Technology" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar şirkətdəki 52,5 faiz payı sayəsində şəxsi sərvətini 1,8 milyard dollara yüksəldib. Bu rəqəmlə Selçuk Bayraktar Türkiyənin 15-ci ən varlı adamı olub.

"Baykar Technology" səhmlərinin 47,5 faizinə sahib olan Haluk Bayraktarın sərvəti 1,6 milyard dollara çatıb. Bununla da Haluk Bayraktar Türkiyənin 19-cu ən zəngin adamı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi