Modern.az

İlon Mask 13-cü dəfə ata olub? - Uşağın anası DANIŞDI

İlon Mask 13-cü dəfə ata olub? - Uşağın anası DANIŞDI

Dünya

15 Fevral 2025, 13:41

Amerikalı milyarder İlon Mask 13-cü dəfə ata olub.

Modern.az xəbər verir ki, bu iddia ilə amerikalı yazıçı Seint Kler çıxış edib.

O, 5 ay əvvəl dünyanın ən zəngin adamının övladını dünyaya gətirdiyini iddia edib.

"Beş ay əvvəl körpə oğlumu qarşıladım. Atası İlon Maskdır. Mən bunu övladımızın məxfiliyini və təhlükəsizliyini qorumaq üçün əvvəllər açıqlamamışdım", - yazıçı qeyd edib.

O bildirib k, uşaqları mediadan uzaq tutmaq lazımdır: "Mən ailəmlə vaxt keçirəcəyəm və bir müddət əlaqəni kəsəcəyəm".

Sent Kler uşaqlar üçün yazdığı “Fillər quş deyil” kitabı ilə tanınır.

İlk dəfə 2002-ci ildə ata olan Maskın artıq üç fərqli qadından 12 uşağı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi