Modern.az

Şərqi Anadoluda ZƏLZƏLƏ

Şərqi Anadoluda ZƏLZƏLƏ

Dünya

16 Fevral 2025, 09:37

Türkiyənin Şərqi Anadolu bölgəsində 4,8 maqnitudalı zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi məlumat yayıb.

 

Quruma görə, yerli vaxtla 02:24-də (Bakı vaxtı ilə 03:24) qeydə alınmış yeraltı təkanların episentri Bingöl şəhərinin Yedisu rayonuna düşüb. Təbiət hadisəsinin ocağı 12,79 km dərinlikdə yerləşib.

 

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi