Modern.az

ABŞ və İsrail Hizbullahın tərksilah olunmasını istəyir

ABŞ və İsrail Hizbullahın tərksilah olunmasını istəyir

Dünya

16 Fevral 2025, 18:20

ABŞ və İsrail Livanın Hizbullah Hərəkatının tərksilah edilməsini zəruri sayır.

 

Modern.az-ın xəbərinə görə, belə bəyanatla bu gün İsrail Baş naziri Binyamin Netanyahu və ABŞ dövlət katibi Marko Rubio çıxış ediblər.

 

Binyamin Netanyahu deyib ki, Hizbullahın tərksilah edilməsini Livan Ordusu həyata keçirməlidir.

 

Marko Rubio da bildirib ki, İsrail və ABŞ-ın məqsədləri üst-üstə düşür: “Güclü Livan dövləti Hizbullaha qarşı durmağa və onu tərksilah etməyə qadir olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi