Modern.az

Türkiyədə universitetə silahlı HÜCUM

Türkiyədə universitetə silahlı HÜCUM

Dünya

17 Fevral 2025, 18:42

Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetinə silahlı hücum olub.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, universitetin məzunu olmuş Bestami Serdar ali təhsil ocağının Səhiyyə Elmləri Fakültəsinin dekan müavini Müjdat Yeşildalını güllələyib.

Hadisədən dərhal sonra B.Serdar özünə də atəş açaraq, intihara cəhd edib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağırdır. Hələlik hadisənin təfərrüatı barədə məlumat verilməyib. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi