Modern.az

ABŞ “Əl-Qaidə” liderlərindən birini məhv etdi

ABŞ “Əl-Qaidə” liderlərindən birini məhv etdi

18 Fevral 2025, 08:00

ABŞ hərbi qüvvələri ötən həftəsonu (15-16 fevral) Suriyada “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Bu həftə sonu ABŞ qüvvələri Əl-Qaidənin Suriyadakı qoluna dəqiq hava zərbəsi endirib. Terrorçu lider bütün regionda Əl-Qaidə ilə işləyirdi”, - Tramp "Truth Social"da yazıb.

Amerika prezidenti uğurlu əməliyyat münasibətilə ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurillanı və hərbi pilotları təbrik edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?