Modern.az

Zurabişviliyə yumurta atdılar - ANBAAN GÖRÜNTÜLƏR

Zurabişviliyə yumurta atdılar - ANBAAN GÖRÜNTÜLƏR

Dünya

18 Fevral 2025, 14:02

Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişviliyə də Tbilisi Beynəlxalq Hava Limanında yumurta atılıb.

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

O, Münhen Təhlükəsizlik Konfransından qayıdarkən hücuma məruz qalıb.

Xatırladaq ki, ötən gün bilisiyə qayıdan ölkənin sabiq Baş naziri Giorgi Qaxariyaya da hava limanında yumurta atılmışdı.

“Gürcüstan Naminə Qaxariya” partiyasının üzvü Beka Liluaşvili bildirib ki, bu, partiya lideri “Gürcü Arzusu”nun qurucusu, milyarder Bidzina İvanişvilinin tərəfdaşlarının təşəbbüsüdür:

“Bidzina İvanişvili mütəşəkkil qrup göndərib. Onlar komandamızın sədrinə və üzvünə qarşı təhqiramiz hərəkətlər ediblər. O cümlədən şifahi təhqir və təxribat xarakterli çıxışlar səsləndiriblər”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi