Modern.az

Mask Marsa süni intellektli robot göndərəcək

Mask Marsa süni intellektli robot göndərəcək

Dünya

18 Fevral 2025, 11:16

ABŞ-nin Hökumət Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri, “SpaceX” şirkətinin təsisçisi İlon Mask 2026-cı ilin noyabr ayında Marsa süni intellektlə təchiz olunmuş robotlar göndərməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bu haqda o, “X” səhifəsində məlumat paylaşıb.

Maskın sözlərinə əsasən, kosmik şəraitlə əlaqədar Yer və Mars arasında səyahət 26 aydan bir mümkün olur və növbəti belə bir fürsət təxminən gələn ilin noyabr ayında yaranacaq.

“Hər şey yaxşı olsa, “SpaceX” avtonom robotlar və Grok süni intellekti tədarük edilmiş “Starship” kosmik gəmilərini Marsa göndərəcək”, - deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi