Modern.az

Ərdoğanla Zelenskinin görüşü BAŞLADI

Ərdoğanla Zelenskinin görüşü BAŞLADI

Dünya

18 Fevral 2025, 15:36

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilir.

Modern.az xəbər verir ki, ikitərəfli münasibətlər və Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi görüşün nəticələrinə dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Mətbuata qapalı keçirilən görüşdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, prezidentin kommunikasiya direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak edib.

Ərdoğan və Zelenski daha sonra iş yeməyində bir araya gələcək nümayəndə heyətlərinin görüşünə də rəhbərlik edəcəklər.

Danışıqlar başa çatdıqdan sonra müxtəlif sahələrdə sazişlər imzalanacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi