Modern.az

Şolts Trampa belə cavab verdi

Şolts Trampa belə cavab verdi

20 Fevral 2025, 08:46

Zelenskinin Ukrayna prezidenti kimi legitimliyini inkar etmək təhlükəli və yanlışdır.

Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Donald Trampın Ukrayna liderinin ünvanına səsləndirdiyi sərt bəyanatlara cavab olaraq deyib.

“Prezident Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq yanlış və təhlükəlidir”, - Şolts deyib.

Onun sözlərinə görə, Zelenski dövlət başçısı olmaqda davam edir və seçkilərin keçirilməsinin mümkünsüzlüyü ölkə ərazisində davam edən münaqişə ilə bağlıdır.

Kansler deyib ki, hadisələrin bu cür inkişafı Ukrayna Konstitusiyasına uyğundur. "Heç kim bunun əksini iddia etməməlidir", - deyə Şolts bildirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?