Modern.az

Müharibədə daha bir azərbaycanlı həlak oldu

Müharibədə daha bir azərbaycanlı həlak oldu

Dünya

21 Fevral 2025, 12:22

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Goranboy rayon Səfikurd kənd sakini 1983-cü il təvəllüdlü Qurbanov Arzuman Qurban oğlu döyüşlərdə Rusiya ordusu sıralarında iştirak edib.

Bildirilir ki, xeyli müddət Rusiyanın Varonej şəhərində yaşamış Arzuman bir müddətdir itkin kimi axtarılırmış.

Daha sonra onun naməlum şəxs kimi xristian qəbiristanlığında dəfn edildiyi məlum olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi