Modern.az

İmamoğlu prezidentliyə namizədliyini AÇIQLADI

İmamoğlu prezidentliyə namizədliyini AÇIQLADI

Dünya

21 Fevral 2025, 18:51

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) prezident seçkilərində namizədinin müəyyənləşdirilməsi üçün keçiriləcək ilkin səsvermədə iştirak edəcək.

Modern.az xəbər verir ki, Əkrəm İmamoğlunu namizədlik üçün ərizəsini təqdim edib.

O, ərizəyə imza atdığı anları sosial media hesabında paylaşıb.

“Bu gün yeni başlanğıcın ilk addımını atdım və üzvü olmaqdan şərəf duyduğum Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olmaq üçün rəsmi ərizəmi verdim”, - o, paylaşımda yazıb.

Qeyd edək ki, ilkin səsvermə martın 23-də keçiriləcək.

CHP-nin üzvləri ilə keçirəcəyi ilkin seçkilərə baxmayaraq, son qərarı parlament qrupu verəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi