Modern.az

Tramp 9 mayda Moskvaya səfər edəcək?

Tramp 9 mayda Moskvaya səfər edəcək?

21 Fevral 2025, 23:42

ABŞ prezidenti Donald Tramp mayın 9-da Rusiyaya səfər edəcək. 

Modern.az xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalının mənbələri iddia edir.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Ağ Ev rəhbəri Qələbə Günü münasibətilə şənliklərdə iştirak edəcək.

Xatırladaq ki, ötən həftə Tramp və Rusiya prezidenti Vladimir Putin təxminən saat yarım telefonla danışıblar. ABŞ prezidenti deyib ki, Ukrayna ilə bağlı danışıqlara “dərhal” başlamaq barədə razılığa gəliblər. Vladimir Putin Ağ Ev rəhbərini Moskvaya dəvət edib.

Görüşün dəqiq nə vaxt keçiriləcəyi ilə bağlı rəsmi məlumat yoxdur. Bloomberg mənbələri daha əvvəl iddia edirdilər ki, dövlət liderləri fevralın sonunda danışıqlar apara bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır