Modern.az

Ukrayna prezidentliyinə namizədliyini irəli sürdü

Ukrayna prezidentliyinə namizədliyini irəli sürdü

22 Fevral 2025, 08:44

2023-cü ilin noyabrından həbsdə olan Ali Radanın müxalifyönlü deputatı Aleksandr Dubinski Ukrayna prezidenti postuna namizədliyini irəli sürüb.

 

Modern.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

 

“Mən - 1981-ci il təvəllüdlü, Kiyevdən olan Aleksandr Dubinski bəyan edirəm: Ukrayna prezidentliyinə namizədliyimi irəli sürürəm”, - deyə o bildirib.

 

Qeyd edək ki, Dubinksi hazırda Kiyev istintaq təcridxanasındadır. O, dövlətə xəyanətdə ittiham olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi