Modern.az

Rusiya-Ukrayna müharibəsinin 3 ili TAMAM OLDU 

Rusiya-Ukrayna müharibəsinin 3 ili TAMAM OLDU 

24 Fevral 2025, 11:02

Bu gün – 24 fevral tarixində Rusiyanın Ukraynada başladığı genişmiqyaslı işğalçı müharibənin 3-cü ili tamam olur.

Modern.az-ın məlumatına görə, üç il öncə 24 fevral 2022-ci ildə Putin Rusiyasının işğalçı ordusu Ukrayna ərazisinə hücuma başladı. Putinin hədəfi üç günə paytaxt Kiyevi tutmaq, martın əvvəllində orada parad keçirmək, Ukraynada legitim hakimiyyəti dəyişib yerinə öz marionetini təyin etmək idi.

Lakin Putin hədəfinə çata bilmədi. Ukrayina xalqının rəşadəti, Qərb dövlətlərinin dəstəyi sayəsində mübarizə bu gün də davam edir.

Bununla belə hazırda Ukraynanın 4 vilayəti (Xerson, Luqansk, Donetsk, Zaporojye) və Krım yarımadası işğal altındadır. Bu isə təxminən 10 milyon əhalinin qaçqına çevrilməsi, 20 faiz ərazinin (110 min kv km-dən çox) işğalı deməkdir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?