Modern.az

ABŞ Ukraynaya hərbi yardımı dayandıracaq - AĞ EV

ABŞ Ukraynaya hərbi yardımı dayandıracaq - AĞ EV

Dünya

1 Mart 2025, 12:36

ABŞ Dövlət Departamenti artıq Ukraynaya hərbi yardım göstərməyəcək və sülh danışıqlarına üstünlük verəcək.

Modern.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karoline Levitt bildirib.

Tramp administrasiyasının yüksək rütbəli rəsmisi də “Vashinqton Post”a bildirib ki, Ağ Ev Ukraynaya cari hərbi yardımı dayandırmağı düşünür.

Bu qərar qəbul olunarsa, Ukraynaya çatdırılması gözlənilən radarlar, nəqliyyat vasitələri, döyüş sursatları və raketlər şəklində milyardlarla dollarlıq yardımı əhatə edəcək.

Amerikalı ekspertlərin fikrincə, indi Rusiya şərtləri ilə atəşkəs ehtimalı daha da artıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu