Modern.az

Pezeşkian Lavrovla Cənubi Qafqazı müzakirə edib

Pezeşkian Lavrovla Cənubi Qafqazı müzakirə edib

Dünya

26 Fevral 2025, 09:36

Tehranda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi təmaslar çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşüb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Pezeşkian görüşdə iki ölkə arasındakı əlaqələrə toxunaraq, əməkdaşlıq sazişləri ilə yanaşı, İran-Rusiya Hərtərəfli Strateji Sazişin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Cənubi Qafqazdakı vəziyyətlə də bağlı fikir mübadiləsi aparılıb.

İran və Rusiyanın ikitərəfli əlaqələrini gücləndirmək üçün müvafiq imkanlara malik olduğunu bildirən prezident "Tehran-Moskva əlaqələrini gücləndirməkdə qərarlıyıq" deyib.

“Regional məsələlərdə oxşar baxışlara malik İran və Rusiya ikitərəfli əlaqələr və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi Birliyi (Aİİ) və BRICS kimi beynəlxalq təşkilatlar vasitəsilə əməkdaşlığı gücləndirməyi hədəfləyirlər”, - Pezeşkian əlavə edib.

Rusiya prezidenti Vladimir Putinin salamlarını prezident Pezeşkiana çatdıran Lavrov ölkəsinin İranla əlaqələrin yaxşılaşdırılması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi