Modern.az

Tailandda avtobus qəzası - 18 nəfər öldü

Tailandda avtobus qəzası - 18 nəfər öldü

26 Fevral 2025, 10:36

Tailandda avtobus qəzası nəticəsində azı 18 nəfər həlak olub, 23 nəfər isə yaralanıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Banqkokdan 120 kilometr aralıda yerləşən Praçinburi əyalətində baş verib.

Bildirilib ki, avtobusda sürücü də daxil olmaqla 49 nəfər tailandlı olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI