Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-i cümə günü Vaşinqtona gedəcək.
Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Zelenski cümə günü gələcək. Bu, artıq təsdiqini tapıb”, - deyə o qeyd edib.
Tramp bildirib ki, Zelenskinin səfəri çərçivəsində Ukraynanın resursları ilə bağlı saziş imzalanacaq.