Modern.az

Ərdoğandan CHP liderinə sərt xəbərdarlıq: "...həddini bil"

Ərdoğandan CHP liderinə sərt xəbərdarlıq: "...həddini bil"

27 Fevral 2025, 10:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ sərt xəbərdarlıq edib.

Modern.az-ın məlumatına görə, o, bu barədə AKP-nin toplantısında danışıb.

“Cənab Özel, ali baş komandan olaraq sənə səslənirəm: həddini bil, yoxsa biz yerini göstərməsini yaxşı bilirik”, - Ərdoğan deyib.

Türkiyə Prezidenti ana müxalifət partiyasını korrupsiya və qanunsuzluqla ittiham edərək bildirib ki, CHP-nin qurultaylarından tutmuş tenderlərə qədər hər sahədə qanunsuzluqlar mövcuddur:

"Son həftələrdə ortaya çıxan faktlar göstərdi ki, xüsusilə ana müxalifət partiyası çirkab içində çabalayır. Onların hər addımında qanunsuzluq və korrupsiya özünü göstərir”, – deyə o vurğulayıb.

Ərdoğan CHP liderinin Türkiyə Silahlı Qüvvələrindən (TSK) xaric edilən zabitlər haqqında söylədiyi fikirlərə də sərt reaksiya verib. O, Özeli ordunun komanda heyətinə hücumda ittiham edib: “Ordunun komanda heyətinə söz demək sənin haqqın deyil, həddini bil”.

O, həmçinin CHP sədrinə qarşı mənəvi təzminat iddiaları daxil olmaqla, hüquqi tədbirlər görəcəklərini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!