Modern.az

Ərdoğanın partiyasından Öcalanın çağırışına daha bir REAKSİYA

Ərdoğanın partiyasından Öcalanın çağırışına daha bir REAKSİYA

27 Fevral 2025, 20:54

AK Partiya sədr müavini Hayati Yazıcı da Öcalanın çağırışını dəyərləndirib.

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

“Ölkəmizi “Terrorsuz Türkiyə” hədəfinə çatdıracaq, terrora son qoyacaq hər addım və hər çağırış dəyərlidir”, - o qeyd edib.

"Terror təşkilatına bütün elementləri ilə birlikdə tərksilah və dağılma çağırışını mühüm addım hesab edirik.

Bu torpaqların mahiyyətində birlik, birlik, qardaşlıq, həmrəylik dayanır.

Ümid edirik ki, prezidentimiz Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalının açdığı tarixi fürsət pəncərəsi boşa getməyəcək”, - sədr müavini əlavə edib.

***

18:29

Xəbər verdiyimiz kimi, PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalan terrorçuları silahları yerə qoymağa çağırıb.

Modern.az-ın məlumatına görə, Türkiyənin hakim partiyasından Öcalanın çağırışına ilk reaksiya gəlib.

AK Partiyanın sədri müavini Əfqan Ala bildirib ki, çağırışın mahiyyəti silahı buraxmaq və terror təşkilatının özünü dağıtmasıdır.

"Biz nəticəyə baxırıq", - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI