Modern.az

Tramp Rusiyaya qarşı sanksiyaları uzatdı

Tramp Rusiyaya qarşı sanksiyaları uzatdı

Dünya

27 Fevral 2025, 22:18

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı daha əvvəl tətbiq edilmiş bəzi sanksiyaların müddətini daha bir il uzadıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Qərar 2014, 2018 və 2022-ci illərdə Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara şamil olunub. 

 

Tramp vurğulayıb ki, o, bütün bu məhdudlaşdırıcı tədbirlərin 2025-ci ili martın 6-dan sonra da qüvvədə qalmalı olduğu qənaətinə gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI