Modern.az

İYİ Partiya qaraya büründü - Öcalanın çağırışına qəribə REAKSİYA

İYİ Partiya qaraya büründü - Öcalanın çağırışına qəribə REAKSİYA

28 Fevral 2025, 00:30

Türkiyənin müxalifətdə olan İYİ Partiyası PKK terror təşkilatının lideri Abdullah Öcalanın çağırışına münasibət bildirib.

Modern.az xəbər verir ki, partiya sədri Müsavat Dərvişoğlu PKK ilə bağlı son gedişatı kəskin tənqid edib.

O, bu prosesi türk xalqına xəyanət adlandırıb:

“Bu terrorçunun bəyanatı yalnız PKK-ya ofisini Şimali İraqdan Suriyanın şimalına köçürmək çağırışıdır”.

Öcalanın çağırışıdan sonra İYİ Partiya qərargahı qara plakatla ötürülüb 

Qeyd edək ki, ötən gün Öcalan həbsxanadan terrorçulara müraciət edib. O, tərəfdarlarını silahı yerə qoymağa, sivil yolla qurultay keçirərək siyasi mübarizəyə qoşulmağa çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi