Modern.az

YPG Öcalanın “silahları buraxın” çağırışını RƏDD ETDİ

YPG Öcalanın “silahları buraxın” çağırışını RƏDD ETDİ

Dünya

28 Fevral 2025, 13:42

PKK terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın kürd yaraqlılarına silahları yerə qoymaqla bağlı çağırışının əks-sədaları davam edir.

Modern.az xəbər verir ki, Suriyanın şimalına nəzarət edən YPG terror təşkilatından Öcalanın çağırışına ilk reaksiya gəlib.

Əsasən YPG-dən ibarət olan və Suriyanın şimalında geniş əraziyə nəzarət edən Suriya Demokratik Güclərinin (SDG) lideri Mazlum Abdi PKK lideri Abdullah Öcalanın dünənki çağırışını dəyərləndirib.

Abdi bildirib ki, Öcalanın silahı buraxma çağırışına SDG daxil deyil.

Bu təşkilata yaxınlığı ilə tanınan “Yeni Yaşam” qəzetində dərc olunan xəbərdə Mazlum Abdinin Öcalanın çağırışının “yalnız PKK-ya yönəldiyini” ifadə etdiyi yazılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI