Modern.az

Zirehli texnikaya Hökumənin adı verildi - VİDEO

Zirehli texnikaya Hökumənin adı verildi - VİDEO

28 Fevral 2025, 20:52

Qazaxıstanda istehsal olunan hərbi təyinatlı zirehli təcili yardım maşınına Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın adı verilib.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan “Paramount” müdafiə sənayesi şirkətinin təsisçisi Aybek Barisov özünün instaqram hesabında paylaşım edib.

O, Hökumə Əliyevanın həyatının sonlanacağını bildiyi halda həyəcan keçirmədən, son ana kimi insanların həyatını xilas etmək üçün mübarizə aparan qəhrəman olduğunu bildirib.

"O, təkcə Azərbaycanın yox, bütün türk dünyasının qəhrəmanıdır. Bu ambulansın da məqsədi insanların həyatını xilas etməkdir. Hökumənin ruhu şad olsun!” , - şirkət rəhbəri qeyd edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI