Modern.az

İlon Maskın 14-cü övladı dünyaya gəlib

İlon Maskın 14-cü övladı dünyaya gəlib

Dünya

1 Mart 2025, 15:51

İlon Mask yenidən ata olub. Dünyanın ən zəngin adamı - "Tesla" və "SpaceX" şərkətlərinin sahibi olan İlon Maskın 14-cü övladı dünyaya gəlib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Neuralink”in meneceri Şivon Zilis İlon Maskdan 4-cü övladını dünyaya gətirib. Seldon adı verilən körpə oğlandır.

2021-ci ilin noyabrında Maskla Zilisin Strider və Azur adlı əkiz oğlanları doğulub. Keçən il isə Arkadiya adlı bir qızları dünyaya gəlib.

İlon Mask bir neçə dəfə evli olub. Maskın birinci həyat yoldaşı Castin Vilsondan 5 oğlu dünyaya gəlib. Onlar 21 yaşlı əkizlər və 19 yaşlı üçəmlərdi.

İlon Maskın kanadalı müğənni Qraymsdan da 3 övladı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI