Modern.az

İsrail Qəzzaya humanitar yardımların buraxılmasını DAYANDIRDI

İsrail Qəzzaya humanitar yardımların buraxılmasını DAYANDIRDI

Dünya

2 Mart 2025, 11:45

İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

 

İsrail Baş naziri humanitar yardımların dayandırılmasına qərar verib

 

Qeyd edilib ki, İsrail Baş naziri Binyamin Netanyahu əsir və girovların mübadiləsinə dair razılaşmanın birinci mərhələsinin başa çatması və HAMAS-ın ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Ramazan və Pasxa bayramlarında Qəzza zolağında müvəqqəti atəşkəs və girovların azadlığa buraxılmasıyla bağlı təklifini qəbul etməməsi ilə əlaqədar belə qərar verib. Bu gün səhərdən Qəzzaya bütün humanitar malların və yüklərin daşınması dayandırılıb.

 

İsrail və HAMAS arasında əsir və girovların mübadiləsi ilə bağlı razılaşma pozulub

 

Qeyd edək ki, HAMAS İsrailin razılaşmanın bütün əsir və girovların azad olunması və tam atəşkəs elanını nəzərdə tutan ikinci mərhələsinə başlamaq istəmədiyi üçün Stiven Uitkoffun təklifini qəbul etmədiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı