Modern.az

Starmerin Ukrayna münaqişəsinə dair PLANLARI

Starmerin Ukrayna münaqişəsinə dair PLANLARI

2 Mart 2025, 16:49

London və Paris Kiyevlə Ukrayna münaqişəsinin başa çatdırılması planı üzərində çalışacaq.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

 

Kir Starmer deyib ki, daha sonra bu plan Vaşinqtonla müzakirə olunacaq.

 

Böyük Britaniyanın Baş naziri qeyd edib ki, Londonda baş tutacaq sammit münaqişənin həllindən sonra Ukraynanın təhlükəsizliyini təmin etmək üçün könüllü hərbi koalisiyanın yaradılmasına həsr olunub.

 

Qeyd edək ki, bu gün Londonda Avropa Təhlükəsizlik Sammiti keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI