ABŞ vətəndaşları Rusiya prezidenti Vladimir Putindən deyil, məişət problemlərindən narahat olmalıdırlar.
Modern.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp sosial media hesabında yazıb.
“Biz Putin haqqında narahat olmağa daha az vaxt sərf etməliyik və ölkəmizə gələn miqrant təcavüzkarların, narkobaronların, qatillərin və ruhi xəstəxanalardan olanların dəstələri haqqında narahat olmağa daha çox vaxt sərf etməliyik. Axırımız Avropa kimi olmasın”, - o qeyd edib.