Modern.az

Zelenski kameralar önündə üzr istəməlidir - Vaşinqtondan tələb

Zelenski kameralar önündə üzr istəməlidir - Vaşinqtondan tələb

Dünya

4 Mart 2025, 00:09

ABŞ hakimiyyəti Vaşinqtonda Ağ Ev rəhbəri Donald Trampla qalmaqallı danışıqlardan sonra Ukrayna prezidenti Volodimir Zelenskinin üzr istəməsini gözləyir.

Modern.az xəbər verir ki, bu barədə "Fox News" Amerika administrasiyasının adı açıqlanmayan yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, yalnız bundan sonra Ukrayna ilə nadir torpaq metalları üzrə razılaşmaya qayıtmaq mümkün olacaq.

Mənbə qeyd edib ki, Zelenski “Oval Ofisdəki davranışına görə” kameralar önündə üzr istəməyənə qədər, sövdələşmə danışıqlarında irəliləyiş ola bilməz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış