Modern.az

Trampa deyin ki, onu Putin və Zelenski ilə birlikdə gözləyirəm! - Lukaşenko

Trampa deyin ki, onu Putin və Zelenski ilə birlikdə gözləyirəm! - Lukaşenko

Dünya

5 Mart 2025, 11:24

Belarus prezidenti Aleksandr Lukaşenko Minskin Rusiya, ABŞ və Ukrayna prezidentləri arasında danışıqları təşkil etməyə hazır olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, Lukaşenkon amerikalı bloger Mario Naufala müsahibəsində belə deyib.

“İndi Zelenski nə olursa olsun, onu əyməyə ehtiyac yoxdur. Biz Zelenskini inandırıb razılığa gəlməliyik, çünki onun arxasında Ukrayna cəmiyyətinin böyük bir hissəsi dayanır. Buna görə də biz razılığa gəlməliyik. İstəyirsən gəl. Burada, yaxınlıqda - Belarus sərhədindən Kiyevə qədər 200 km-dir. Təyyarə ilə yarım saat gəl. Gəl burada oturaq. Sakitcə, hay-küysüz, qışqırmadan razılığa gələk. Trampa da deyin: mən onu burada Putin və Zelenski ilə birlikdə gözləyirəm. Oturub sakitcə razılığa gələk. Razılığa gəlmək istəyirsinizsə...”, - Lukaşenko vurğulayıb

Belarus prezidenti hesab edir ki, Tramp sələfi Co Baydendən daha müstəqil prezidentdir:

“Səhv olsa belə, o, qərar verəcək. Qərarı Bayden özü vermədi. Ona dedilər: zəng etmə, zəng etmədi. Onlar ona dedilər: Putinə diktator de, o da ona diktator dedi. Bayden xarakterinə və fiziki vəziyyətinə görə Tramp kimi müqavimət göstərə bilmədi. Bütün problem budur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI