Modern.az

Ermənistanın beynəlxalq hüquq üzrə nümayəndəsi istefa verdi

Ermənistanın beynəlxalq hüquq üzrə nümayəndəsi istefa verdi

Dünya

6 Mart 2025, 16:28

Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan tutduğu vəzifədən istefa verib.

Modern.az xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb.

“Mən daha çox Ermənistan Respublikasında beynəlxalq hüququn möhkəmləndirilməsinə, habelə hüquq təhsilinin inkişafına yönəlmiş akademik/elmi və peşəkar işə diqqət yetirmək istəyirəm.

Mənə göstərilən etimada görə Ermənistan Respublikasının Baş nazirinə, eləcə də dövlət sistemindən olan bütün həmkarlarıma səmərəli əməkdaşlığa görə minnətdarlığımı bildirirəm”, -  qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU