Rusiya qoşunları cümə günü axşam saatlarında Ukraynanın Donetsk vilayətinin Dobropillya şəhərinin mərkəzi hissəsinə zərbələr endirib.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, zərbələr nəticəsində azı 11 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.
“Səkkiz beşmərtəbəli binaya, bir inzibati binaya və 30 avtomobilə ziyan dəyib. Yaşayış binalarında və inzibati binada yanğınlar baş verib”, - deyə Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl vilayətin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin hadisələr zamanı 4 nəfərin öldüyü və 18 nəfərin yaralandığı barədə məlumat vermişdi.