Ermənistanın Lori bölgəsində 4,6 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan qurumları məlumat yayıb.
Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 09:27-də Vanadzor şəhərindən 17 km şimal-qərbdə qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib, Ermənistanda baş verən zəlzələ Qars vilayətində də hiss olunub.
Zəlzələ, həmçinin Gürcüstanda da hiss edilib.