Modern.az

Xamenei Trampın təklifinə YOX dedi

Xamenei Trampın təklifinə YOX dedi

Dünya

8 Mart 2025, 19:53

Tramp öz tələblərini irəli sürməyə çalışır.

Modern.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın danışıqlar çağırışına cavabında deyib.

O bildirib ki, İran bunu qəbul etməyəcək.

“İran şübhəsiz ki, onların tələblərini qəbul etməyəcək”, - Xamenei vurğulayıb. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Xameneiyə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını, hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI