Modern.az

Məşhur kafeyə silahlı hücum - Ölən və yaralanan var

Məşhur kafeyə silahlı hücum - Ölən və yaralanan var

9 Mart 2025, 10:37

Türkiyənin Diyarbəkir şəhərində “Starbucks” qəhvəxanasına silahlı hücum nəticəsində bir nəfər ölüb, digəri isə yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

 

“Diyarbəkirin mərkəzi Bağlar rayonunda <…> ticarət mərkəzindəki “Starbucks”da bayırdan atəş açılması nəticəsində bir qadın həlak olub, bir nəfər də yaralanıb”, – agentlik bildirib. İHA qadının xəstəxanada keçindiyini vurğulayıb.

 

“Anadolu” agentliyi isə hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarının aparıldığını açıqlayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?