Modern.az

Paşinyan AŞ baş katibi ilə Ermənistan-Azərbaycan məsələsini müzakirə etdi

Paşinyan AŞ baş katibi ilə Ermənistan-Azərbaycan məsələsini müzakirə etdi

Dünya

11 Mart 2025, 16:50

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının (AŞ) baş katibi Alen Berset ilə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, həmsöhbətlər Ermənistan-AŞ tərəfdaşlığı və təşkilatın dəstəyi ilə Ermənistanda həyata keçirilən islahatlarla bağlı məsələləri müzakirə ediblər.

Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması və regional sabitliklə bağlı məsələlərə də toxunulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI