Modern.az

ABŞ Ukraynaya hərbi yardımı bərpa edir

ABŞ Ukraynaya hərbi yardımı bərpa edir

Dünya

11 Mart 2025, 23:20

ABŞ dərhal kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni aradan qaldırır və Ukraynaya hərbi yardımı bərpa edir. Martın 11-də Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda tərəflər bununla bağlı razılığa gəliblər.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin Ciddə görüşünün yekunlarına dair birgə bəyanatda qeyd olunub. 

“Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir”, - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, martın 11-də Ciddədə (Səudiyyə Ərəbistanı) Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar baş tutub. 5 saatdan artıq davam edən danışıqlar zamanı Ukrayna 30 günlük atəşkəsə razılıq verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI