Modern.az

Tramp Vensin corabını ələ saldı

Tramp Vensin corabını ələ saldı

Dünya

13 Mart 2025, 10:29

ABŞ prezidenti Donald Tramp rəsmi görüş zamanı vitse-prezident Ci Di Venslə zarafat edib.

Modern.az xəbər verir ki, vitse-prezident yonca naxışlı corab geyinib.

Tramp Ağ Evdə İrlandiyanın baş naziri Mişel Martin ilə görüşü zamanı vitse-prezidentin corablarına görə diqqətini cəmləyə bilmədiyini deyib.

“Bu corabları bəyənirəm. Mən diqqətimi cəmləməyə çalışırdım, amma vitse-prezidentin corabları məni çox heyran etdi", - deyən Tramp gülmək üçün Vensin corabını göstərib.

Qeyd edək ki, yonca İrlandiyanın milli simvollarından biridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı