Modern.az

Vardanyan aclığı dayandırdı

Vardanyan aclığı dayandırdı

Dünya

13 Mart 2025, 18:34

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan aclıq aksiyasını dayandırıb.

 

Modern.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Vardanyan bu barədə məlumatı ailəsinə göndərdiyi audiomesajda açıqlayıb. 

 

Vardanyan bildirib ki, fevralın 18-də başlatdığı aksiyanı martın 12-də dayandırıb. Onun sözlərinə görə, hazırda yaxşı vəziyyətdədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur