Modern.az

Putin 30 günlük atəşkəsə razıdır, AMMA...

Putin 30 günlük atəşkəsə razıdır, AMMA...

Dünya

13 Mart 2025, 22:51

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsində 30 günlük atəşkəs elan edilməsi təklifinə münasibət bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, belaruslu həmkarı Aleksandr Lukaşenko ilə mətbuat konfransında danışıb.

Putin “bütövlükdə” Rusiyanın atəşkəsi dəstəklədiyini bildirib. Bununla belə, “nüanslar” prinsipial əhəmiyyət kəsb edir – onun sözlərinə görə, Rusiya ordusu cəbhədə, ilk növbədə, Kursk bölgəsində üstünlük əldə etdiyi halda, Ukrayna Silahlı Qüvvələrinin bu vaxtdan yenidən silahlanma üçün istifadə etməyəcəyinə zəmanət verməlidir.

“Biz hərbi əməliyyatların dayandırılması ilə bağlı təkliflərlə razıyıq, lakin elə olmalıdır ki, atəşkəs uzunmüddətli sülhə gətirib çıxarsın və böhranın ilkin səbəblərini aradan qaldırsın”, - Putin deyib.

O, Kursk vilayətinin Sudja şəhərinin azad edilməsinə görə rusiyalı döyüşçülərə təşəkkür edib:

"Rusiya Federasiyası Sudjaya bitişik bütün yaşayış məntəqələrini bir-bir azad edir. Kursk vilayətində hər şey Rusiya Federasiyasının tam atəş nəzarəti altındadır. Ukrayna hərbçilərinin mühasirədən qaçması qeyri-mümkün olur. Ukrayna üçün 30 günlük atəşkəsə nail olmaq sərfəlidir, çünki onun Kursk vilayətindəki bütün hərbçiləri bloklanıb.

Ukrayna silah əldə etmək və ya məcburi səfərbərlik üçün atəşkəsdən istifadə edə bilər. Rusiya Silahlı Qüvvələri demək olar ki, hər yerdə irəliləyir, atəşkəs olacağı təqdirdə təmas xəttində vəziyyətin necə həll ediləcəyi bəlli deyil",- Rusiya prezidenti qeyd edib.

Putinin sözlərinə görə, Rusiya Federasiyası münaqişəyə son qoymaq və yerdəki vəziyyətə əsaslanaraq məqbul razılaşmalar əldə etmək üçün növbəti addımları müzakirə edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI