Modern.az

Kanadanın yeni baş naziri AND İÇDİ

Kanadanın yeni baş naziri AND İÇDİ

Dünya

14 Mart 2025, 22:56

Bu gün yerli vaxtla səhər saatlarında Mark Karni Kanadanın yeni Baş naziri kimi and içib və vəzifəsinin rəsmən icrasına başlayıb.

 

Modern.az-ın məlumatına görə, Kanadada heç vaxt dövlət vəzifəsində olmamış yeni Baş nazir bu ilin sonunda keçiriləcək seçkilərdə Liberal Partiyasına rəhbərlik edəcək.

 

Qeyd edək ki, sorğular Liberal Partiyasının qarşıdan gələn seçkilərdə böyük ehtimalla məğlubiyyətlə üzləşəcəyini göstərdiyi üçün əvvəlki Baş nazir Castin Trüdo 10 illik vəzifədən sonra yanvar ayında istefa verəcəyini elan etmişdi. Lakin Kanadanın Trampa və onun siyasətlərinə qarşı artan antipatiyası fonunda partiyanın nüfuzu yaxşılaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ukraynada bu ərazidə qızğın döyüşlər başladı