Modern.az

Tramp İŞİD liderinin öldürüldüyünü açıqladı

Tramp İŞİD liderinin öldürüldüyünü açıqladı

15 Mart 2025, 08:45

ABŞ prezidenti Donald Tramp İraqda İŞİD qruplaşmasının liderlərindən birinin məhv edildiyini açıqlayıb.

Modern.az-ın məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"İŞİD-in İraqdakı fərari lideri bu gün öldürülüb. İgid hərbçilərimiz onu durmadan ələ keçirməyə çalışırdılar", - deyə Tramp bildirib. 

O, həmçinin qeyd edib ki, əməliyyat İraq hökuməti və İraq Kürdüstanının hakimiyyət orqanları ilə koordinasiya əsasında həyata keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI