Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı başa çatıb.
Modern.az xəbər verir ki, bu barədə NBC telekanalına Ağ Evin sözçüsü bildirib.
Daha sonra məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
Telefon danışığı barədə açıqlama veriləcəyi gözlənilir.
***
19:08
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Saat 18:00-dan etibarən telefon danışığı 1 saatdır davam edir.