Modern.az

İsrail ordusu Rəfahda əməliyyata başladı

İsrail ordusu Rəfahda əməliyyata başladı

21 Mart 2025, 00:53

İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhəri ərazisində hərbi əməliyyatlara başladığını elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin komandanlığı bildirib.

 

"Son bir neçə saat ərzində İsrail silahlı qüvvələri Rəfah bölgəsində əməliyyatlara başlayıb. Bundan əlavə, Qəzzanın şimalında və mərkəzində əməliyyatlar davam etdirilir", - deyə İsrail ordusunun teleqram kanalında dərc edilən məlumatında qeyd olunub. 

 

Məlumatda vurğulanıb ki, İsrail ordusu və kəşfiyyat xidmətləri ölkə vətəndaşlarını qorumaq üçün Qəzza zolağında fəaliyyətini davam etdirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI