Modern.az

Londonda güclü partlayış: 16 min insan işıqsız qalıb

Londonda güclü partlayış: 16 min insan işıqsız qalıb

21 Mart 2025, 08:48

Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib və Hitrou hava limanı elektriksiz qalıb.

Modern.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Qeyd edilir ki, partlayış Hayes rayonunda baş verib. Hadisə yerində bir neçə kilometr uzaqlıqdan görünən güclü yanğın baş verib.

Yerli hakimiyyət güclü alov səbəbindən sakinləri və işçiləri yaxınlıqdakı müəssisələrdən təxliyə etmək qərarına gəlib. 16 minə yaxın insan işıqsız qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır