Modern.az

Türkiyədə bir ilk - Ərdoğan Novruz tonqalı yandırdı - VİDEO

Türkiyədə bir ilk - Ərdoğan Novruz tonqalı yandırdı - VİDEO

Dünya

21 Mart 2025, 17:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Haliç Konqres Mərkəzində təşkil olunan Novruz bayramı  proqrama qatılıb.

Modern.az xəbər verir ki, dövlət başçısı mərkəzin həyətində Novruz tonqalını yandırıb, daha sonra tonqalın üzərindən atılıb.


***

Türkiyədə Haliç Konqres Mərkəzində bu gün Novruz bayramı ilə əlaqədar tədbir keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının başqan köməkçisi Kürşad Zorlu bildirib.

Kürşad Zorlu Novruzun, yəni "yeni günün", sadəcə Türkiyənin deyil, eləcə də Türk dünyasının ortaq bayramı olduğunu vurğulayıb:

"Novruzun daşıdığı bu məna və əhəmiyyəti nəzərə alaraq bu gün saat 15:00-da prezidentimizin himayəsində ilk bayram tədbirini keçirəcəyik. Həyətdə ənənəvi çadırlarımızın olduğu yerdə tonqal qalanacaq və ilk tonqalı prezidentimiz yandıracaq". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu