Modern.az

Məşhur aktrisa vəfat edib

Məşhur aktrisa vəfat edib

Dünya

22 Mart 2025, 15:09

Rusiyanın Xalq artisti Larisa Qolubkina 85 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə teleaparıcı Andrey Malaxov Telegram-da bildirib. O, aktrisanın ölüm səbəbini açıqlamayıb.

Larisa Qolubkina 1962-ci ildə Eldar Ryazanovun "Qusar balladası" filmində kinoda debüt edib. Onun 20-dən çox rolu var, o cümlədən “Mənə şikayət kitabı ver” (1965), “Çar Saltanın nağılı” (1966), “Qayıqdakı üç adam” (1979) və “Azadlıq” filmləri seriyasında (1968, 1969, 1970, 1971) oynayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI