Modern.az

Suriyanın yeni hökuməti Bəşər Əsədi Rusiyadan İSTƏDİ

Suriyanın yeni hökuməti Bəşər Əsədi Rusiyadan İSTƏDİ

Dünya

22 Mart 2025, 15:15

Suriyanın yeni hakimiyyət orqanları rəsmi olaraq Rusiyadan ölkənin keçmiş prezidenti Bəşər Əsədin mühakimə olunmaq üçün ekstradisiyasını istəyib.

Modern.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin hələlik Suriyanın yeni lideri ilə şəxsi təmasları planlaşdırmır.

2024-cü il dekabrın 8-də silahlı müxalifət - “Heyət Təhrir əl-Şam” qruplaşması paytaxt Dəməşqə daxil olub. Suriyanın keçmiş prezidenti Bəşər Əsəd dövlət başçısı vəzifəsindən istefa verib və ölkəni tərk edərək Rusiyaya qaçıb.

Suriyaya hazırda keçid hökumətinin başçısı Əhməd əl-Şaraa rəhbərlik edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu